9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərinin ikinci mərhələsinə start verib. Dünən bu görüşlər çərçivəsində Yardımlı rayonunun Abidinli və Mirimli kəndlərində seçicilərlə görüş keçirilib. Tədbirdə iştirak edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev, pedaqogika üzrə elmlər doktoru, professor Mircəfər Həsənov və Milli Məclisin üzvü Musa Qasımlı çıxışlarında bildiriblər ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir.
Daha sonra kənd ağsaqqalları İlham Əliyevin əvəzsiz namizəd olduğunu, 9 oktyabr 2013–cü ildə keçiriləcək prezident seçkilərində yekdilliklə iştirak edərək növbəti illərdə də cənab İlham Əliyevi prezident görmək istədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB