Oktyabrın 9-da Respublikada keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) seçki qərargahı ölkənin bütün rayonlarında təbliğat-təşviqat kampaniyasının ikinci mərhələsinə start verib. SİA-nın məlumatına görə, bu kampaniya çərçivəsində sentyabrın 23-də Astara rayon təşkilatı Şağlazüzə və Miki kənd seçiciləri ilə görüşlər keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon Təşkilatının sədri Firudin Əhmədov seçiciləri Azərbaycanı xoşbəxt gələcəyə aparan yeganə namizədə səs verməyə çağırıb.
Firudin Əhmədovun nitqindən sonra kənd ziyalıları çıxış edərək 9 oktyabrda Astara seçicilərinin yekdilliklə hər zamankı namizədlərinə, cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB