Cəlilabad rayonunun əhalisi öz sevimli namizədinə səs verəcək

Cəlilabad rayonunun əhalisi öz sevimli namizədinə səs verəcək

Respublikanın bütün rayonlarında olduğu kimi, Cəlilabad rayonunda da Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, bu plana uyğun olaraq bu gün Şiləvəngə, Şabanlı və Seyidbazar kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Cəlilabad rayon təşkilatı şura üzvü Böyükxan Bağırov, rayon təşkilatı nəzarət təftiş qrupunun sədri Varid Əsgərov və partiya fəalı Vəbi İsgəndərov seçicilər qarşısında çıxış ediblər.

Sadalanan kəndlərin ziyalı və ağsaqqalları qətiyyətlə bildiriblər ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə