Şərqşünas alim “Osmanlı və İstanbul” Simpoziumuna dəvət edilib

Şərqşünas alim “Osmanlı və İstanbul” Simpoziumuna dəvət edilib

Azərbaycanlı şərqşünas alim "Osmanlı və İstanbul" Simpoziumuna dəvət edilib. SİA-nın xəbərinə görə, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov İstanbul Böyük Şəhər Bələdiyyəsi və İstanbul Mədəniyyət Üniversiteti tərəfindən 24-25 sentyabrda İstanbul şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq "Osmanlı və İstanbul"simpoziumuna dəvət edilib.

Şərqşünas alimin simpoziumda "Azərbaycanlı səyyahlarının qeydlərində İstanbul" mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə