Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilib FOTOLAR

Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilib FOTOLAR

Sentyabrın 23-də Lənkəran rayonunun Yuxarı Nüvədi, Mikolan və Viyən kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibəti ilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, tədbirdə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqları iştirak ediblər. Tədbirdə bildirilib ki, ümumilikdə 820 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 46,1 kilometr uzunluğunda polad və 50,5 kilometr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 820 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək kəndlərə mavi yanacağın verilməsi münasibətilə sakinləri təbrik edib.

Qeyd edək ki, son 10 gündə Lənkəran rayonunun 9 kəndinə mavi yanacağın verilişi bərpa olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə