11-18 sentyabr 2013-cü il tarixlərdə Sinqapur Respublikasında Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən "Sinqapurun anti-korrupsiya Strategiyası" adlı təlim kursu keçirilib. SİA-nın verdiyi məlumata görə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Meksika Birləşmiş Ştatları, Serbiya, Gürcüstan, Moldova, Mərakeş Krallığı və digər ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev təmsil edib.
Tədbirdə Sinqapurun bir çox sahələrini əhatən edən korrupsiyaya qarşı mübarizə təcrübəsi öyrənilib, dövlət və özəl sektorlarda korrupsiyanın qarşısının alınması, həmçinin dövlət vəsaitlərinin idarə olunması və ayrılması zamanı şəffaflığın təmini və digər məsələlər müzakirə edilərək səmərəli fikir mübadiləsi aparılıb.
Sonda Sinqapur Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB