Gənclər İlham Əliyevə inanır və dəstəkləyir

Nəcəf Novruzov, Bakı Şəhər Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatının İdarə Heyyətinin üzvü
Gənclər İlham Əliyevə inanır və dəstəkləyir

Azərbaycan gəncliyi qüdrətli və əzəmətli Ulu Öndər Heydər Əliyev zəkasının işığından bəhrələnərək, dövlətimizin möhkəmlənməsində mühüm rol oynayır, onun aparıcı qüvvəsinə çevrilir. Biz YAP-ın üzvləri o gəncliyin bir hissəsi olmağımızdan qürur duyuruq. YAP ildən–ilə güclənir. Təbii ki, bu güclənən partiyanın təbliğat-təşviqat kampaniyası da daha möhtəşəmdir. Biz YAP-ın namizədi olan cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını ən yüksək səviyyədə davam etdiririk. Bütün gənclərə bəllidir ki, Azərbaycan prezidenti gənclərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Gənclərin problemlərini həll edir, onlara ən yüksək səviyyəli şərait yaradır. Gənclər cənab İlham Əliyevi sevir, inanır və onu dəstəkləyir.

9 oktyabrda ölkəmizdə keçirləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bu kampaniyada YAP uğurla start götürüb və fəal şəkildə, ən yüksək səviyyədə davam edir. YAP Nərimanov rayon təşkilatı da bu kampaniya çərçivəsində görüşlər keçirir. Bu görüşlər və tədbirlər zamanı gənclər xüsusi aktivliklə seçilir. Gənclərimiz partiyamızın namizədinin təbliğat-təşviqat kampaniyasında dayanmadan, yorulmadan çalışırlar. Çünki gənclərimiz İlham Əliyevə qəlbən inanır və bilirlər ki, ölkəmizin parlaq gələcəyi yalnız onun uğurlu siyasətindən asılıdır. Necə ki, ötən illərdə biz hamımız şahidi olduq ki, prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Azərbaycanın sütətlə inkişafını təmin etdi. Hər birimiz əminik ki, İlham Əliyev bundan sonra da Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalacaq və ölkəmiz hər zaman yeni-yeni uğurlara imza atacaq. Azərbaycan prezidenti ölkəmizdə hər bir sahəyə olduğu kimi gənclər sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşır. Gənclərin hər bir problemini həll edir. Bütün gənclər kimi Nərimanov rayon gəncləri də cənab İlham Əliyevin ətrafında sıx birləşib və 9 oktyabrda Ona səs verəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə