Sabah paytaxt yağmurlu olacaq PROQNOZ

Sabah paytaxt yağmurlu olacaq PROQNOZ

"Sentyabrın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, sentyabrın 24-də gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. O bildirib ki, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.

Şöbə müdiri qeyd edib ki, bölgələrdə sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 24-29 dərəcə isti olacaq. Dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti müşahidə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə