Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir FOTO

Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyasının keçirilməsi Şəmkir rayonunda yüksək səviyyədə davam etdirilir. SİA-nın məlumatına görə, bu gün YAP Şəmkir rayon təşkilatı rayonunun Dəllər-Cəyir kəndində seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə YAP Şəmkir rayon Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev, Şəmkirli şair, publisist Taleh Həmid iştirak ediblər.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək qeyd edib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir və əldə etdiyimiz nailiyyətlər Ulu öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi strateji xəttin uğurla həyata keçirilməsinin nəticəsidir.

Tədbirdə həmçinin qeyd olunub ki, ümumiyyətlə dövlət idarəçiliyi təcrübə tələb edir: "Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisidir və onun siyasətinin davamçısıdır. Güclü Azərbaycanı güclü lider qura bilər. Güclü lider isə bütün səviyyələrdə xalqın maraqlarını qorumağa qadir olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə