Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı hakim partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti fləşmob həyata keçirib. SİA-nın verdiyi xəbərə görə, 100-dən çox gənc əl- ələ tutaraq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə dəstək olduqlarını nümayiş etdiriblər. Flaşmobun şüarı "İlhamla birləşən əllər" olub.
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov sözügedən fləşmob haqqında bu sözləri dilə gətirib: "Yeni Azərbaycan Partiyasının Yasamal rayon Gənclər Birliyinin aktiv gəncləri bir-birilərinin əllərindən tutaraq Prezident İlham Əliyevin 10 il ərzində yürütdüyü siyasət ətrafında sıx birləşdiklərini ifadə ediblər. Təbii ki, biz İlham Əliyevin təbliğat-təşviqat kampaniyası başladığı gündən müxtəlif səpgili fləşmoblar keçirmişik. Bundan sonra da kampaniya müddəti çərçivəsində fləşmoblarımız və müxtəlif tədbirlərimizi davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB