Doğuş zamanı həyatını itirdi

Gəncə şəhər sakini doğuş zamanı həyatını itirib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə ötən gecə Gəncə Regional Perinatal Mərkəzində baş verib. Həyatını itirən 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızıdır. Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş vermə səbəbləri hələlik açıqlanmır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə