Həftənin ilk iş günündə

"Həftənin ilk iş günündə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sentyabrın 23-də paytaxtda və yarımadada havanın temperaturu gecə 17-19, gündüz 21-23 dərəcə isti olacaq.

Məlumata əsasən, ölkənin rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur: "Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun aran rayonlarında gecə 13-18, gündüz 19-24, dağlarda gecə 6-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə