"Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru buludluluq artacaq, gecə bəzi ərazilərə yağış yağacaq. Mülayim şimal küləyi günün ikinci yarısında arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gürşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, sentyabrın 22-də paytaxtda və yarımadada havanın temperaturu gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq.
Şöbə müdiri bildirib ki, rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur: "Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun aran rayonlarında gecə 17-22, gündüz 24-29, dağlarda gecə 9-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB