Ramil Usubov Lənkəranda qəbul keçirib

Ramil Usubov Lənkəranda qəbul keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Lənkəran şəhərində növbəti qəbul keçirib. DİN-dən SİA-ya verilən məlumata görə, həmin gün şəhər-rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlardan olan sakinləri qəbul edən nazir onların müraciətlərini dinlənib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edilib, onun ölkəmizin bütün sahələrdə daha da qüdrətlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə yönəlmiş məqsədyönlü daxili və xarici siyasət kursunu hər zaman müdafiə edəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə