Kurikulum təhsili üzrə təlimlər keçirilir

Kurikulum təhsili üzrə təlimlər keçirilir

Təhsil Nazirliyinin xətti ilə Yevlax və Bərdədə bir sıra fənlər üzrə yeni ümumi və orta təhsil kurikulumuna dair təlimlər həyata keçirilir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hər iki rayonda keçirilən təlimlərdə müəllimlərə fənlər üzrə yeni təhsil proqramının məzmununun tərkib hissələri, fəaliyyət xətti, praktik əhəmiyyəti barədə məlumat verilir.

Yeni təlim üsulu ənənəvi üsullardan çox fərqlənir. Müəllimlərə məzmun standartları, onun bilik və fəaliyyət komponentləri barədə məlumatlar verilir. Həmçinin yeni təlim strategiyaları və qiymətləndirmə mexanizmləri öyrədilir.

Qeyd edək ki, təlimlərdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunacaq. Təlimlərin oktyabr ayının əvvəllərində yekunlaşdırılması nəzərdə tutulur.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə