Lerik seçiciləri Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısını dəstəkləyirlər
9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərini davam etdirir. Sentyabrın 21-də YAP Lerik rayon təşkilatı tərəfindən rayonun Əliabad kənd inzibati ərazi dairəsinə daxil olan Əliabad, Soru və Gürdəsər, Camaşair kəndlərində seçicilərlə görüş keçirilib. Təbliğat qrupunun üzvləri Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi Əlihüseyn Hidayətov və YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov son illər Respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da cənab İlham Əliyevin qayğı və diqqəti ilə həyata keçirilən tikinti, quruculuq-abadlıq işləri haqqında geniş məlumat verib.
Tədbir iştirakçılarından Əliənnağı Ağayev, Əkrəm Abdullayev və başqaları çıxış edərək İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər.
Qeyd olunub ki, Leriklilər həmişə Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da hamılıqla onun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB