Penitensiar xidmət əməkdaşları üçün atəş hazırlığı üzrə məşğələlər keçirilib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Penitensiar xidmət əməkdaşlarının peşə hazırlıqlarının təmin olunması, müəyyən olunan normativlərə riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq fiziki və sıra hazırlığı ilə yanaşı, atəş hazırlığı üzrə də məşğələlər keçirilir.
Bu məqsədlə sentyabrın 20-də Penitensiar xidmətin Baş İdarəsi əməkdaşlarının Daxili İşlər Nazirliyinin (DİN) Atıcılıq tirində növbəti atəş hazırlığı üzrə növbəti məşğələləri keçirilib. Hazırlıq məşğələlərinə DİN və Penitensiar xidmətin mütəxəssisləri cəlb olunublar. Təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla keçirilən məşğələ müvəffəqiyyətlə başa çatdırılıb.
Qeyd edək ki, şəxsi heyətin atəş hazırlığının səviyyəsi əməkdaşların attestasiyadan keçirilməsində və onlara növbəti məharət dərəcələrinin verilməsində nəzərə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB