Azərbaycan Gənclər Fondu 20-21 sentyabr 2013-cü il tarixlərində Gənc Mühasiblər Birliyi ilə birlikdə Fonddan qrant almış təşkilatlar və fərdi şəxslər üçün mühasibatlıqla bağlı təlimlər keçirir. SİA-ya verilən məlumata görə, təlimi giriş sözü ilə Gənclər Fondunun baş mühasibi Elmar Talıblı açıb. Təlimdə Fonddan qrant alan, maliyyə hesabatını düzgün təqdim etməkdə çətinlik çəkən təşkilatlar və gənclər üçün maliyyə hesabatı ilə bağlı lazımi məlumatlar verilib. Gənc Mühasiblər Birliyi adından çıxış edən Əfqan Səfərli Fondun sonuncu qrant müsabiqəsində qalib olmuş təşkilatlar və gənclər üçün büdcə formasının tərtibi, bölgüsü və s. digər mövzularda çıxış edib.
Daha sonra təlim iştirakçılarının sualları cavablandırılıb. Qeyd edək ki, bu gün saat 17:00-da növbəti təlim keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB