Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq "21 sentyabr – Beynəlxalq Sülh günü" münasibəti ilə "SOS" Uşaq Kəndində rəsm və əl işlərindən ibarət müsabiqənin yekun mükafatlandırma mərasimi keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mükafatlandırma mərasimində Baş İdarənin əməkdaşları, "SOS" Uşaq Kəndinin rəhbərliyi və müəllim heyəti iştirak ediblər. Çəkilən rəsm işləri sərbəst mövzuda olub.
Rəsmlərdə Azərbaycan Respublikasının bayrağı, xəritəsi, "Dünya sülh istəyirik" və bir çox mövzular uşaqlar tərəfindən əks etdirilib. Müsabiqə qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB