“Neftçilər günü” münasibətilə təntənəli mərasim keçirilib FOTOLAR
Sentyabrın 20-də "Neftçilər günü" ilə əlaqədar tədbirlər çərçivəsində "Gülüstan" sarayında təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, qocaman neftçilər, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.
Mərasim iştirakçılarını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəfəsli alətlər orkestri öz ifası ilə qarşılayıb. Sonra təntənəli mərasim keçirilib.
Neftçilər günü münasibətilə iştirakçıları təbrik edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladığını, bu siyasət nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalandığını bildirib. Qeyd olunub ki, bu strategiya Azərbaycanın həyatında olduqca əhəmiyyətli rol oynamaqdadır.
Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin neft-qaz sənayesi sürətli inkişaf yolu keçib, respublikamız dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanmış və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır.
Fərqlənən neftçilərə Prezident İlham Əliyevin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı ilə təltif olunduğunu, fəxri adların və fərdi təqaüdlərin verildiyini diqqətə çatdıran ARDNŞ-in prezidenti dövlətimizin başçısına neftçilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə "Ən yaxşı …" nominasiyasında fərqlənən neftçilərə mükafatlar təqdim edilib.
Sonra vurğulanıb ki, ARDNŞ-in Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2013-cü ildə müsabiqə elan edib.
Müsabiqəyə 66 layihə təqdim olunub. Layihələr AMEA-nın və ARDNŞ-in aparıcı alim və mütəxəssislərindən təşkil edilmiş komissiya tərəfindən ekspertizadan keçirilib. Müsabiqə Komissiyasının və ekspertlərin rəylərinə əsasən ARDNŞ-in Elm Fondunun idarə heyəti 2013-cü il 12 sentyabr tarixli qərarı ilə 36 layihəni qalib elan edib.
AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək neftçiləri peşə bayramları münasibətilə təbrik edib, keçirilən müsabiqənin əhəmiyyətini vurğulayıb.
Daha sonra ARDNŞ-in Elm Fondunun elan etdiyi müsabiqənin qaliblərinə sertifikatlar təqdim olunub.
Təntənəli mərasim bədii hissə ilə davam etdirilib.








Azərbaycan neftinin tarixini əks etdirən fotolar:












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB