Ekoloji sahədə gənclərin maarifləndirilməsini özünün əsas məqsədlərindən biri kimi müəyyənləşdirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası geniş auditoriyanı birləşdirən "Green Conversation Club" layihəsini bu ildə uğurla davam etdirir.
Hər həftə 20-dən artıq gəncin iştirak etdiyi "Green Conversation Club" 20 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub. Bu həftə klub çərçivəsində "Davamlı inkişaf və ərzaq təhlükəsizliyi" mövzusu müzakirə edilib.
Keçirilən müzakirədə gənclər mövzu ətrafında müzakirələr aparıb öz fikirlərini bölüşüblər. Müzakirələr dəvət olunmuş ekspertin iştirakı ilə həyata keçirilib, mövcud problemlər və həll yollarından söhbət açılıb.
"Green Conversation Club"da müzakirələrin ingilis dilində aparılması öz növbəsində gənclərin xarici dil bacarıqlarının inkişafına da təkan verir.
Qeyd edək ki, IDEA kampaniyası bu cür maarifləndirici, gənclərin inkişafına təkan verən layihələri mütəmadi olaraq həyata keçirir.
IDEA(International Dialogue for Environmental Action) kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən təsis edilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB