Seyid Yəhya Bakuvi həzrətləri, Qafqaz İslam Ordusu və Qarabağ mövzusu ilə bağlı – üç fərqli mövzuda sənədli-tarixi televiziya filmlərinin çəkilişləri üçün Azərbaycanda səfərdə olan türkiyəli sənət adamları və Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərən, "EkoAvrasya" dərgisinin redaktoru Yeşim Özcan "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB (ABAİ İB) rəhbərliyi ilə görüşüblər. SİA-nın xəbərinə görə, qonaqları səmimi salamlayan ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva, belə önəmli mövzularla bağlı Azərbaycana səfərin təşkilini çox yüksək qiymətləndirib.
Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, Qarabağ ətrafındakı mövcud durumu bütün bölgəni təhdid edən, qəbuledilməz situasiya kimi xarakterizə edən Qənirə Paşayeva bu mövzunun kitablara, filmlərə daşınmasını çox müsbət və zəruri akt adlandırıb. O, eləcə də bugünlərdə Bakının erməni daşnak və rus bolşeviklərinin işğalından azad edilməsinin 95-ci ildönümü münasibəti ilə, bu tarixi qalibiyyətin müəllifi olan Qafqaz İslam Ordusu haqqında, onun ölümsüz komandanı Nuru Paşa haqqında sənədli film çəkilməsini bir vəfa borcu və ortaq tarixə, ortaq dəyərlərə sayğı nümunəsi olaraq gördüyünü bildirib.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva EkoAvrasya dərgisinin təsisçisi, Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərənə və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcana Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılmasındakı xidmətlərinə görə mükafat təqdim edib.
Mükafata görə minnətdarlığını bildirən və qonaqların adından çıxış edən "EkoAvrasya" dərgisinin təsisçisi, Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri, tanınmış ictimai xadim Hikmət Ərən və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcan millət vəkili Qənirə Paşayevaya qonaqpərvərliyə, verdiyi qiymətli məsləhət və tövsiyələrə görə təşəkkür edərək, ona xüsusi plakat təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB