YAP Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını davam etdirir

YAP Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını davam etdirir

YAP Şəmkir rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyasının keçirilməsi Şəmkir rayonunda yüksək səviyyədə davam etdirilir. SİA-nın məlumatına görə, YAP Şəmkir rayon təşkilatı bu gün rayonunun Çinarlı qəsəbəsində seçicilərlə görüş keçirib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Elmlər doktoru, professor, Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri Vaqif Şadlinski, YAP Şəmkir rayon Seçki Qərargahının üzvü Müslüm Zeynalov iştirak ediblər.

Qeyd edək ki, YAP Şəmkir rayon təşkilatının hazırladığı qrafikə uyğun olaraq, ayın16-dan start verilmiş təbliğat-təşviqat kampaniyasının keçirilməsi ilə əlaqədar hər gün 3-4 kənd və qəsəbələrdə görüşlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə