Azərbaycanın bütün bölgələrində Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçkilərə hazırlıqla bağlı gənclərin münasibətini öyrənmişik. Onu SİA-nın oxucularına təqdim edirik.
Rəşad Rəhmanov,
YAP Siyəzən rayon Gənclər Birliyinin sədri:
- Qarşıdan çox əlamətdar gün olan prezident seçkiləri günü gəlir. Bütün gənclik bu mühüm və önəmli işdə yaxından iştirak edir. Seçki prosesində fəallıq göstərən gənclər müxtəlif tədbirlər, təbliğat xarakterli flaşmoblar keçirir, sosial şəbəkələrdə yüksək fəallıq göstərirlər. Çünki gənc nəsil bilir ki, ölkənin ictimai həyatına güclü təsir edə bilir. Biz gənclər əmin – amanlıq, sabitlik, dinamik inkişaf sosial - iqtisadi tərəqqinin memarı və qurucusu Cənab İlham Əliyevin ətrafında birləşərək onu dəstəkləyəcək, ona səs verəcəyik. Bizim yeganə amalımız, arzumuz budur ki, Cənab İlham Əliyevi yenidən Prezidentimiz görək. Biz bunun reallaşacağına ürəkdən inanırıq. Gənclik sizə inanınır və həmişə sizinlədir Cənab İlham Əliyev!
Leyla Kərimova,
YAP GB-nin layihələr üzrə koordinatoru:
- Hər zaman cəmiyyətimizin avanqard simaları olan gənclərimiz hər yerdə layiqli yer tutublar. Təbii ki, bütün bunların əsasında dövlətimizin gənclərə yaratdığı imkanlar və diqqət dayanır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bakı şəhəri daxil olmaqla bütün regionlarımızda keçirilən təbliğat-təşviqat işləri bunun bariz nümunəsidir. YAP Gəncləri olaraq bizdə bu keçirilən təbliğat-təşviqat işlərində iştirak edir və qələbəmizə inanırıq. Çünki, biz gənclər hər zaman dövlətimizin bizə olan diqqət və qayğısını qiymətləndirməyə çalışırıq. Cənab İlham Əliyevin ətrafında sıx birləşərək sona qədər ona dəstək olamağa hazırıq. YAP GB olaraq da təbliğat-təşviqat işlərini davam etdiririk. 150-dən çox gəncin iştirakı ilə keçirilən möhtəşəm "Bayraq flaşmobu" buna misal ola bilər. Eyni zamanda bir sıra flaşmoblarımız və tədbirlərimiz keçiriləcək.
Habil Bayramlı,
YAP Quba rayon Gənclər Birliyinin sədri:
- YAP Quba rayon gəncləri 16 sentyabr 2013-cü il tarixdə təbliğat- təşviqat işinə böyük həvəslə start verdilər. Həmin gün gənclərimiz rayonumuzun müxtəlif yerlərində təbliğat işini həyata keçirdilər. Belə ki, təbliğat-təşviqatın başladığı ilk gün gənclər bir araya gələrək Cənab İlham Əliyevin şəkillərini təbliğat-təşviqat üçün ayrılmış lövhələrə yapışdırdılar. Eyni zamanda gənclərlə birlikdə yığıncaq təşkil olundu. Bu gündə bu iş davam etməkdədir. YAP Quba rayon Gənclər Brliyi tədbirlər planına müvafiq olaraq təbligat-təşviqat işini davam etdirmək məqsədilə müxtəlif tədbirlərin keçirməsini planlaşdırıb.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB