Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvləri Biləsuvar rayonunun Bəydili kəndində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Fikrət Cahangirov seçiciləri İlham Əliyevə səs verməyə çağırıb.
Bəydili kənd sakinləri çıxış edərək yeganə namizədləri olan cənab İlham Əliyevə səs verəcəklərini və bununla da xoşbəxt gələcəklərinə səs verəcəklərinə əmin olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB