Astara rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin seçki qərargahı rayonun Səncərədi və Suparibağ kəndlərində seçicilərlə görüş keçirib. Seçiciləri salamlayan YAP rayon təşkilatının sədri Firudin Əhmədov və Milli Məclisin deputatı Aslan Cəfərov onlara seçkinin əhəmiyyətindən, rayonda görülən abadlıq-quruculuq işlərindən danışıb.
Seçicilər görülən işlərin davam etdirilməsi üçün 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 5 ilimizin qarantı İlham Heydər oğlu Əliyevə səs verəcəklərini xüsusi vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB