Nazir: “Dəniz suyunun duzsuzlaşdırılması zavodu pilot layihədir"
"Dəniz suyunun duzsuzlaşdırılması zavodu pilot layihədir. Zavod iqtisadi baxımdan ona qoyulan xərcləri ödəmək iqtidarındadır". SİA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 1350 hektar ərazidə yaşıllaşdırma işlərinin aparılması planlaşdırılsa da, 1850 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb: "Son 1 il ərzində 1382 hektar ərazidə zeytunluq salınıb, onun 210 hektarı yalnız Xıdırlı kəndi ərazisindədir. Yalnız bu kənd 4-5 ildən sonra təxminən 3 min ton zeytun verəcək ki, bu da 1400-1500 ton yağ deməkdir. Bu isə 40-45 milyon manat vəsaitə bərabərdir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB