İlham Əliyevə səs verin, gələcəyinizi təmin edin

İlham Əliyevə səs verin, gələcəyinizi təmin edin

9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərini davam etdirir. Bu gün də işlərin davamı olaraq YAP Lerik rayon təşkilatı tərəfindən rayonun Pirasora, Qosmalian və Mistan kənd inzibati ərazi dairələrinə daxil olan kəndlərin seçiciləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğıdan razılıqlarını, 9 oktyabrda hamılıqla ona səs verəcəklərini bildiriblər.

Tədbir iştirakçıları qədirbilən xalqımızın dəstəyi ilə cənab İlham Əliyevin yenidən parlaq qələbə çalacağına əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə