Ankarada “Cənubi Qafqazın Yüksələn Ulduzu:İlham Əliyev dövründə Azərbaycan” kitabının təqdimatı keçirilib
Azərbaycanın nümayəndə heyəti SAM, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Baş Nazirlik yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev dövründə Azərbaycan" kitabının təqdimatını keçirmək üçün Ankaraya səfər ediblər. SAM-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Administrasiya rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Prezident Administrasiyasının əməkdaşı Mehman Əliyev, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev və Media xidmətinin rəhbəri Mehriban Həsənova daxildir.
"Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev dövründə Azərbaycan" kitabının təqdimat mərasimini Ankara Universitetinin professoru, kitabın müəllifi və elmi - redaktoru Cağrı Erhan açılış nitqi ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikası Administrasiya rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikasının Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Başnazirlik yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin rəhbəri Derya Örs və s. qonaqlar çıxış ediblər.
Qeyd edək ki, kitabda Azərbaycanda davamlılıq və inkişaf, Azərbaycanda siyasi vəziyyət, Demokratikləşmə addımları, Azərbaycanın modernləşməsi və inkişafı, Azərbaycanın təhlükəsizlik siyasəti və hərbi sahədə islahatlar, Müasir Azərbaycanın qurulmasında təhsilin rolu, Azərbaycanın Xarici siyasətinin təməlləri (1991 - 2003), Azərbaycanın Xarici siyasət hədəfləri və milli təhlükəsizlik strategiyası, Azərbaycanın enerji siyasəti, Qarabağın Ermənistan tərəfindən işğalı (1991-2002), İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan – Ermənistan münasibətləri, İlham Əliyevin hakimiyyəti dövründə xarici siyasət kursu, Azərbaycan – Ermənistan münasibətlərində ABŞ faktoru, Türkiyə - Ermənistan münasibətlərində hadisələrin gedişatının Azərbaycana təsiri, Müasir Azərbaycanda İlham Əliyevin hakimiyyəti dövrünün iqtisadi siyasəti, Türkiyə - Azərbaycan münasibətlərinin iqtisadi siyasəti, ticarət dövriyyəsi, Regional əməkdaşlıq və enerji əlaqələri, Bakı – Tiflis – Ceyhan (BTC) Neft boru xətti, Təbii qaz kəməri, Qars – Tiflis – Bakı dəmiryolu xətti, İlham Əliyevin Xarici siyasəti, Azərbaycan – Türkiyə əlaqələri, Azərbaycan – Rusiya əlaqələri, Azərbaycan – İran əlaqələri, Azərbaycanın enerji siyasəti kimi mövzular təsvir olunub.
Kitabın müəllifi və elmi – redaktoru Çağrı Erhan, müəllifləri Mitat Çelikpala, İhsan Çolak, Mehmet Dikkaya, Aysun Gürbüz, Kamer Kasım, Samir Mərdanov, Güner Özkan, Cavid Vəliyev və Reha Yılmazdır.
Təqdimatın sonunda beynəlxalq münasibətlər və strateji araşdırmalar sahəsindəki uğurları və SAM-ın fəaliyyətlərinə vermiş olduğu dəstəyə görə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM), Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi (USAK), Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM), Avrasiya Araşdırmalar Mərkəzi (AVİM), Ankara Universiteti Avropa Xalqları Araşdırma və Tətbiqat Mərkəzinin Direktoru Çağrı Erhan, Sabancı Universitetinin Müəllimi və Xarici İşlər Naziri Əhməd Davudoğlunun müşaviri Bülent Aras, Giresun Universitetinin rektoru Aygün Attar, Kadir Has Universiteti rektoru Mustafa Aydın, Türkiyə Respublikasının keçmiş Xarici İşlər Naziri Hikmet Çetin, Turkish Policy Quarterly jurnalının baş redaktoru Diba Nigar Göksel, Abant İzzet Baysal Üniversiteti İqtisadi İdarə Elimlər Fakultəsi Dekanı Kamer Kasım, Kadir Has Üniversiteti müəllimi Mitat Çelikpala, Balıkesir Üniversiteti müəlllimi Səbahəttin Şimşir Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin "Strateji vizyon" mükafatı ilə təltif olunublar.
Qeyd edək ki, tədbirdən sonra qonaqlara ziyafət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə