Lənkəranda seçicilər səslərini İlham Əliyevə verəcəklər

Lənkəranda seçicilər səslərini İlham Əliyevə verəcəklər

Lənkəran rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin seçki qərargahının üzvləri və səlahiyyətli nümayəndələri seçicilərlə növbəti görüşlərini keçiriblər. SİA-nın məlumatına görə, belə görüşlərdən üçü bu gün rayonun Girdəni, İstisu və Havzava kəndlərinin seçiciləri ilə baş tutub. Tədbirlərdə millət vəkili Hadi Rəcəbli, YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov çıxış edərək seçiciləri YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Onların fikirləri ilə həmdəm olan seçicilər də bildiriblər ki, 9 oktyabrda hakim partiyanın namizədi İlham Əliyevə səs verərək, onu dəstəkləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə