Qaradağlılar cənab İlham Əliyevi gələcəyimizin təminatçısı kimi qəbul edir FOTO

Səngəçal qəsəbəsində seçicilərlə keçirilən görüşdə yüksək fəallıq nümayiş olunub
Qaradağlılar cənab İlham Əliyevi gələcəyimizin təminatçısı kimi qəbul edir FOTO

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvləri seçicilərlə növbəti görüşlərini keçiriblər. SİA-nın məlumatına görə, Qaradağ rayonu Səngəçal qəsəbəsində keçirilən görüşdə YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Milli Məclisin üzvü Ağalar Vəliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qəsəbə ictimaiyyətinin dövlətçiliyə sadiq olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, qəsəbə sakinləri hər zaman ictimai-siyasi proseslərdə aktiv iştirak ediblər: "Qarşıdan prezident seçkiləri gəlir və hər zaman olduğu kimi, növbəti dəfə də Qaradağlıların, xüsusən də Səngəçal qəsəbə sakinlərinin aktivlik nümayiş etdirəcəyi şübhəsizdir. Çünki bu qəsəbənin insanları öz Prezidentlərinə sədaqətlərini hər zaman nümayiş etdiriblər. İnanırıq ki, növbəti dəfə də sizlər seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, xalqımızın, dövlətimizin gələcək qarantı cənab İlham Əliyevə dəstəyinizi nümayiş etdirəcəksiniz. Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev müasir Azərbaycanı dünyada aparıcı ölkələrin səviyyəsinə yüksəldib. Onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirib. Xalqın cənab İlham Əliyevə olan sevgisinin tükənməz olduğunun açıq nümunəsi oktyabrın 9-da növbəti dəfə müşahidə olunacaq".

Milli Məclisin üzvü Ağalar Vəliyev də çıxışında qəsəbə sakinlərinin qarşıdakı mühüm prosesdə böyük aktivlik nümayiş etdirəcəklərinə əminliyini ifadə edib. Millət vəkili bu gün ölkəmizdə insanların sosial rifah halının durmadan yüksəldiyini, hər bir bölgədə geniş quruculuq, abadlıq işlərinin uğurla davam etdiyini də Qaradağlıların diqqətinə çatdırıb: "Birmənalı şəkildə qarşıdan gələn seçkilərdə xalqımız cənab İlham Əliyevə dəstək olacaq, növbəti 5 il müddətində də Azərbaycanı daha böyük zirvələrə yüksəltməsinə təminat yaratmış olacaq".

Qaradağ rayon ictimaiyyətinin nümayəndəsi Bəhruz Qəndilov da çıxışında Azərbaycanın son 10 ildə qazandığı uğurları, ölkəmizin BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir təşkilata üzv olduğunu diqqətə çatdırıb: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz günü-gündən güclənir, vətəndaşlarımızın sosial rifah halı daha da yaxşılaşır. Xalqımız öz rifahı və gələcəyi naminə qarşıdan gələn seçkilərdə aktiv iştirak edərək, birmənalı şəkildə İlham Əliyevə dəstək olacaq".

Tədbirdə yekun çıxış edən YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyası və xalq birliyinin təntənəsinin qalib olacağına əminliyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə