Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

Bu gün ədliyyi naziri Fikrət Məmmədov Şirvan şəhərində regional ədliyyə şöbəsinin inzibati binasında Şirvan şəhərinin eləcədə Salyan Neftçala, Hacqabul, Sabirabad, İmişli, Beyləqan, Biləsuvar, Saatlı, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarından olan 50 yaxın vətəndaşı qəbul edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, gün ərzində keçən qəbul zamanı vətəndaşların nazirə müraciəti əsasən ədliyyə orqanlarına işə qəbulla, notariat kontorlarının fəaliyyəti, məhkəmə qərarlarının icra olunması ilə baglı olub.

Nazir müraciətləri dinləyib həll olunması üçün yerindəcə həll olunması üçün göstərişlər verib. Səsləndirilən təkliflərin isə baxılacağını bildirib. Ədliyyə sisteminə aid olmayan müraciətlərin aidiyyatı üzürə lazımı qurumlara göndəriləcəyi qeyd olunub. Vətəndaşların nazirlə görüşməsinə heç bir məhdudiyyət olmayıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə