Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab Əliyev İlham Heydər oğlunun Daşkəsən rayonu üzrə seçki qərargahında tərtib olunmuş qrafikə uyğun olaraq Daşkəsən rayonunun bütün yaşayış məntəqələrində seçicilərlə Qərargahın üzvləri və Respublikanın tanınmış ziyalılarının görüşləri davam etdirilir. SİA-nın məlumatına görə, görüşlər rayonun Qabaqtəpə, Təzəkənd, Astaf, Gurbulaq kəndlərində və Alunitdağ qəsəbəsində keçirilib. Yüksək fəallıq şəraitində keçirilən görüşlərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və digər YAP fəalları iştirak ediblər. Keçirilən bütün görüşlərdə Azərbaycanın xilaskarı, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin son 10 ildə ölkədə apardığı uğurlu daxili və xarici siyasətdən, iqtisadiyyatın bütün sahələri üzrə əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub. Seçicilərlə görüşdə çıxış edən natiqlər ölkə ərazisində gedən quruculuq-abadlıq işlərini, həmçinin rayonda inşası aparılan onlarla məktəbi, inzibati və yaşayış binalarının tikintilərini, yenidən çəkilən və əsaslı təmir olunan yolları buna əyani misal olaraq göstəriblər.
Bildirilib ki, Azərbaycanın günbəgün artan istər iqtisadi, istər hərbi qüdrəti qarşıda duran bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan indi 20 il əvvəlki durumda deyil. İndi Cənubi Qafqazın lideri olan ölkəmizlə hesablaşmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Səsi BMT-nin Təhlükəsizlik Şurasından, Avropa İttifaqı və Avropa Şurasından gələn ölkəmizin dünyada öz həqiqətlərini, öz sözünü deməyə qüdrəti var. İndi ölkəmiz kosmos ölkəsinə çevrilib. Tarixin heç bir dönəmində Azərbaycan bugünkü qədər güclü, qüdrətli olmayıb.
Əldə olunan bu nailiyyətlərə, uğurlara, məhz cənab Prezident İlham Əliyevin gecəli-gündüzlü ağır zəhməti hesabına çatdığımız seçicilərin diqqətinə çatdırılıb. Daşkəsən seçiciləri həmişə olduğu kimi, bu dəfə də Prezident seçkilərində yüksək fəallıq göstərəcəklərini və birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab Əliyev İlham Heydər oğluna səs verəcəklərini yekdilliklə bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB