“Biz öz xeyrimizi bilmirik, ona görə də əziyyət çəkirik" Açıqlama
"Kənd təsərrüfatı məhsullarının sığortası ilə bağlı təbliğat zəifdir və buna görə də işləri daha da artırmaq lazımdır". SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
"İnsanlar başa düşməlidir ki, kənd təsərrüfatı məhsullarının sığortası istehsalçılara xeyirdir. Məhsullar sığorta olunanda, gələcəkdə fermerin işi daha rahat olur. Əgər gələcəkdə məhsula hər hansı bir ziyan dəysə, o zaman fermer dövlət tərəfindən sığortalandığı üçün dəymiş ziyanın qarşılığı yetərincə ödəniləcək. Yəni, biz öz xeyrimizi bilmirik, ona görə də əziyyət çəkirik" - deyə, komitə sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Kənd təsərrüfatı məhsullarının sığortalanmasının tərəfdarı olan Eldar İbrahimov bildirib ki, komitənin bugünkü iclasında bu mövzuya toxunulub: " "Yeyinti məhsulları haqqında" çoxdan qəbul olunmuş qanun layihəsi artıq köhnəlib. Buna görə də dövrün tələblərinə uyğun olan yeni qanunda bir sıra vacib dəyişiklik etməliyik. Mövcud qanunlara yamaq vururuq, lakin bu dəyişiklikləri çoxları bilmir. Ona görə qanunların üzərində ciddi işləmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB