Vətəndaşların nəzərinə!

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sentyabr ayının 20-də saat 10:00-da Masallı rayonunda (Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaransa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Masallı rayonunda 5-30-04

Astara rayonunda 5-11-11

Lənkəran rayonunda 5-33-99

Lerik rayonunda 4-60-88

Yardımlı rayonunda 6-10-55

Cəlilabad rayonunda 5-22-48

Nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə