Lerik rayonunun Monidigah, Təngəbin və Anzolu kəndlərinə mavi qazın verilməsi münasibəti ilə Monidigah kəndində açılış mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, mərasimdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Araz Ağayev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər.
Tədbiri Monidigah kənd tam orta məktəbinin direktoru Şöyüb Babayev giriş sözü ilə açaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə rayonun 30-ə yaxın kəndinə qaz xətti çəkilib, bu gün daha 3 kəndin 210 abonentinə mavi qaz veriləcəkdir. Bu münasibətlə o ərazinin əhalisi, ağsaqqalları, ziyalıları adından cənab Prezidentə dərin minnətdarlığınıı bildirib
Tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Araz Ağayev, rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış etmiş, kənd sakinlərini gözəl gün münasibəti ilə təbrik edərək respublikamızda, o cümlədən rayonda aparılan quruculuq-abadlıq işlərindən danışıblar.
Sonda kəndə mavi qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB