Bu gün Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə respublikanın din xadimlərinin iştirakı ilə konfrans keçirilir. Konfrans oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlıdır. Tədbirdə ilk çıxış edən QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü məsələdir.
Daha sonra ölkəmizin son 10 ildə əldə etdiyi nailiyyətlərdən söz açan V. Məmmədəliyev bildirib ki, son 10 ildə Azərbaycan çox böyük templə inkişaf edir: "Azərbaycan 150-dən artıq dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib, neft sektorunun inkişafı, qeyri-neft sektorunun genişlənməsi, təhsil, səhiyyə sistemindəki inkişaf göz qabağındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB