"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola oynayır" MÜSAHİBƏ
Müsahibimiz Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələlərinin Şöbə müdiri Vüsal Qasımlıdır
- Vüsal müəllim, Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Təşkilatının strukturlarının formalaşdırılması məsələləri hələdə həll edilməş qalır. Bu istiqamətdə aparılan danışıqlar və nəticə barədə nə deyə bilərsini?
- Azərbaycan və Türkiyə arasındakı əlaqə hələ birinci Azərbaycan Cümhuriyyətinin vaxtından başlayıb. 1918-1920-ci illərdən belə çox sıx əlaqələr mövcud olub. Hətta sovet dönəmində, 1967-ci ildə Süleyman Dəmirəl baş nazir olaraq, Cevdet Sunay Türkiyə Respublikasının prezidenti olaraq Bakıya səfər etmişdi. Azərbaycanın müstəilliyini ilk dəfə tanıyan dövlət də məhz Türkiyə olmuşdu. Bu zamana qədər Türkiyə ilə Azərbaycan arasında 200-ə qədər müxtəlif sahələrdə müqavilələr imzalanıb. Bunların ən əhəmiyyətlisi Ümumilli Lider Heydər Əliyev tərəfindən 1997-ci ildə imzalanmış "Strateji əməkdaşlıq haqqında" müqavilə idi. 2009-ci ildə Cənab Prezident İlham Əliyev və Türkiyə Respublikasının prezidenti cənab Abdulla Gül tərəfindən imzalanmış "Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım" haqqında müqavilə çox mühüm əhəmiyyət kəsb edir. 2010-cu ildə Türkiyə Azərbaycan yüksək səviyyəli Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri R.T.Ərdoğan arasında bəyannamə imzalanmışdır. Bu bəyannamənin əsasında, Azərbycanla Türkiyə arasında sıx əlaqələr öz əksini tapıb. Xatırladaq ki, Türkiyənin Əməkdaşlıq Şurası kimi müqavilələri bir sıra dövlətlərlə, o cümlədən İraq, Livan, Rusiya və s bağlanıb. Sadəcə, Azərbaycanla bağlanan bu saziş demək olar ki, ən praktik və daha çox prespektivlidir. Hər iki dövləti bu regionda nəinki dil, din, mədəniyyət birləşdirir. Həmçinin ümumi maraqlar birləşdirir. Hazırda artıq belə bir şura formalşıb və şuranın alt komissiyalarının yaradılması üzərində iş gedir. Lakin Azərbaycan və Türkiyə hətta bu şura olmadan belə, ən yüksək səviyyədə həm iqtisadi həm siyasi istiqamətdə davam etdirilir. Sadəcə, bu şura münasibətlərin daha da təkminləşdirilməsi və hər iki dövlətin maraqlarının rasional istiqamətə yönəlməsi üçün əhəmiyyətlidir və mən hesab edirəm ki, yaxın vaxtlarda bu Şuranın praktik əməlinin nə qədər mühüm olduğunun şahidi olacağıq.
- NABUCCO layihəsinin reallaşmasının uzanması nə ilə bağlıdır?
- Əvvəllər Nabucco-nun birinci variantı təbii qazın hətta Orta Asiyadan Azərbaycan və Gürcüstan üzərindən Avropaya nəqlini nəzərdə tuturdu. Sonradan Orta Asiyada, xüsusi ilə də, Türkmənistanla lazimi nəticələr əldə edilmədiyinə görə, bu kəmər "Klassik NABUCCO" adını aldı və Bakıdan başlayaraq, deyilən coğrafi istiqamətdə Avropaya istiqamətlənən bir kəmər layihəsinə etibar edilirdi. Hətta "Klassik NABUCCO" layihəsinin maliyyələşməsi ilə bağlı ciddi çağırışlar var idi. Bu kəmərin reallaşması üçün siyasi dəstək verən ölkələr və Avropa strukturları bu kəmərin maliyələşməsi və lazim olan səviyyədə doldurulması ilə bağlı əməli nəticələr əldə edə bilməmişdilər. Sonradan Azərbaycan və Türkiyə dövlətləri məsələnin bu şəkildə yubanmasını görüb qətiyyətli bir qərar qəbul etdilər. Xüsusilə də Azərbaycanın təşəbbüsü ilə "Trans Anadolu" kəməri barədə iki dövlət arasında bir razılaşma əldə olundu. Qeyd edək ki, bu layihəni həyata keçirmək üçün əsas qüvvə, daha böyük pay sahibi Azərbaycan Dövlət Neft şirkətidir. Eyni zamanda BP, Statoil və digər şirkətlərin də bu konsesiuma qoşulmasında müvafiq razılaşmalar əldə edilmişdir. Bu da onu göstərir ki, artıq Azərbaycandan başlayaraq Türkiyədən keçməklə Avropa sərhəddinə qədər uzanan qaz kəməri NABUCCO-nun əvvəlki variantını müəyyən baxımdan təkrar edir.
- "Şahdəniz-2" yatağından qazın ixracı üzrə birgə strateji addımlar atılırmı? Bu yataqdan ixrac olunacaq qazın Avropanın enerji təhlükəsizliyində rolunu necə qiymətləndirmək olar?
- Şahdəniz-2 yatağından hasil edilən təbii qaz Gürcüstan və Türkiyənin üzərindən Türkiyə Avropa sərhədinə qədər çatdırııdıqdan sonra bu qaz Nabucconun artıq qısaldılmış varintı olan, Qərbi NABUCCO Türkiyə-Avropa sərhəddindən başlayaraq, Avstriyanın Banberto şəhərini əhatə edirdi və eyni zamanda buna alternativ variant isə Trans Adriatik Kəməridir (TAP). Bu isə Türkiyə Avropa sərhəddindən başlayraq, Yunanıstan və Albaniyanın üzərindən İtaliyanın cənubuna qədər olan bir qaz daşıma infrastrukturuna xidmət edən bir layihə idi və Azərbaycan tərəfi, xüsusi ilə də Şahdəniz -2 konsesiumuna daxil olan tərəfdaşlar nəhayət bu yaxınlarda belə bir qərar verdilər ki, təbii qaz Trans-Adriatik kəməri ilə açılacaqdır. Bu Avropanı da müəyyən dərəcədə razı saldı və Azərbaycan həmin kəmərin tikilməsində çox güman ki, yaxından iştirak edəcək, investisiya yatıracaq və söz sahibi olacaq. Beləliklə Azərbaycan həm TANAP həm də TAP layihəsində yaxından iştirak etməklə Azərbaycan qazının Avropaya daşınmasında yalnız karbohidrogen ehtiyyatına malik bir ölkə kimi yox, həm də daşıma infrastrukturuna nəzarət edən bir ölkə kimi seçiləcəyik. Bu böyük əhəmiyyət kəsb edir. Gələcəkdə müxtəlif birləşdirici kəmərlər yəni, interkonyektorlar vasitəsi ilə Azərbaycan Balkanların bir sıra ölkəsinə də məhz bu Trans-Adriatik kəmərinin şaxələndirilməsini həyata keçirmək mümkündür. Azərbaycan rəsmiləri Qərbi NABUCCO-nu tamamilə gündəlikdən çıxartmaq niyyətində deyillər. Gələcəkdə lazım olan qaz həcmləri Azərbaycanda hasil edilərsə və başqa ölkələrdə türkmənitan və bir sıra İraq kimi dövlətlərdə sabitlik yaranacaqsa Qərbi NABUCCO layihəsinin rellaşması mümkün olacaqdır. Hazırda ilkin variantda Azərbaycan TANAP və TAP layihəsi üzrə təxminən 16 milyard kubmetr neft ixrac etməyi planlaşdırır. Bu əsasən 2019-cu ildən sonra baş verəcək. Bunun 6 milyard kubmetri Türkiyənin daxili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub, duigər 10 milyard kubmetri isə Avropaya doğru istiqamətlənəcək. Sonrakı dövrlərdə Azərbaycanın digər qaz yataqlrının da bu layihəyə qoşulma ehtimalı var. Azərbaycan indiki halda həm tranzit, həm mənbə, həm də ki, təbii qazın daşınmasında iştirak edən bir ölkə kimi çox mühüm rola malikdir və Azərbaycanın Avropanın Enerji təhlükəsizliyində rolu böyükdür və gələcək də daha da böyük olacağı gözlənilir.
- Bakı-Tbilisi-Qars dəmir yolunun başa catması iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə hansı töhfələr vermiş olacaq?
- Ermənistandan keçən QARS-Gümri dəmir yol xətti Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən sonra, öz fəaliyyətini dayandırmışdır və Cənubi Qafqazd dəmir yol ifadəsi demək olar ki, kəsilmişdir. Bu çıxılmaz vəziyyətdən Azərbaycan Türkiyə və gürcüstanın dövlət rəhbərləri belə bir qərara gəldilər ki, alterntiv dəmir yol xətti çəkilsin və bu dəmir yol xətti Ermənistandan yan keçsin. Beləliklə hər üç ölkənin razılığı ilə belə bir layihə həyata keçirildi. Baxmayaraq ki, Avropadan və Ermənistan lobbisi tərəfindən Azərbaycana bu layihənin reallaşmaması üçün böyük təzyiqlər olsa da, Azərbaycan öz hesabına bu layihəni gerçəkləşdirilməsində böyük dəstək verdi. Eyni zamanda Türkiyə hissəsində Türkiyə höküməti maliyyə dəstəyi ayırdı və 2014 cü ildə bu dəmir yol xətti artıq fəaliyyətə başlayacaq və dəmir yol xəttinin daşıma gücü təxminən 17 milyon ton dəyərində qiymətləndirilir. Bu layihə ilə yanaşı Azərbaycan iki başqa layihə də həyata keçirir. Bunlardan biri Heydər Əliyev adına Bakı aeroportunun təkminləşdirilməsi və Xəzər sahilində Ələt limanının tikintisi, digəri isə, Türkiyədə Bosfor boğazının altından keçən Mərmərə layihəsidir. Beləliklə bu 4 layihə birlikdə əhəmiyyətli təsir göstərəcək. Hazırda Çinlə Avropa İttifqı arasında gündəlik ticarətin həcmi 1 milyard dollardır. Gələcəkdə bu layihələrin həyata keçirilməsi üçün Bakı-Tbilisi-Qars dəmir yol xəttinin işə düşməsi o deməkdir ki, Avropa ilə Çin arasındakı ticari əlaqələrin bir hissəsi Azərbaycan üzərindən keçə bilər. Gələcəkdə Azərbaycanın nəqliyyat və lagistika mərkəzinə çevrilməsi ehtimlı böyükdür. Bunun gerçəkləşməsində isə Bakı-Tibilisi-Qars layihəsinin böyük əhəmiyyəti olacaq. Eyni zamanda Bakı-Tibilisi-Qars sərnişin daşımada da öz töhvəsini verəcək.
- Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə əngəl olan Ermənistanın qeyri-konstruktiv siyasətinə cavab olaraq yetərli tədbirlər görülürmü?
- Əgər söhbət Azərbaycan və Türkiyə tərəfindən görülən tədbirlərdən gedirsə, bunu yetərli saymaq olar. Belə ki, Ermənistanın faktiki olaraq, izolyasiya edilməsi və Ermənistan iqtisadiyyatının demək olar ki, xarici qrantlardan və yardımlardan, kreditlərdən asılı vəziyyətə salınması bilavasitə Azərbaycan və Türkiyənin ədalətli izolyasiya siyasətinin nəticəsidir. Bu "Yumuşaq güc" adlanır və hələ ki, Türkiyə və Azərbaycan yumuşaq güc tətbiq edərək Ermənistanı işğalçı siyasətindən çəkindirməyə çalışır. Bu aydın məsələdir ki, Emənistanın həm bölgədə, həm də qlobal miqyasda çoxlu havadarları var və bu havadarlar bəzən erməni lobbisinin təsiri altında fəaliyyət göstərirlər. İctimaiyyətin Erməni işğalına qarşı gördüyü işləri biz yetərli hesab edə bilmərik. Düşünürəm ki, Ermənistana təzyiq və təsir imkanları kifayət qədərdir və qısa bir müddətdə Ermənistanı Azərbaycanın işğal etdiyi ərazilərindən çıxması üçün onları inandırmaq da olar, vadar etməkdə olar. Ermənistanın işğalçı siyasıti soial-iqtisadi inkişafın qarşısında duran böyük bir əngəldir. Belə ki, bu gün Azərbaycanın söz sahibi olduğu və liderlik etiyi bütün infrastruktur layihələri neft-qaz layihələri Ermənistandan keçsəydi, Azərbaycan və Azərbaycanın digər partnyorları üçün, xüsusi ilə də Ermənistan üçün daha səmərəli olardı. Çünki, Ermənistan coğrafı baxımdan ən qısa yol sahibidir. Amma təəssüf ki, Ermənistan bu şansları itirdi. Faktiki olaraq bütün nəqliyyat və lagistika layihələri həyata keçirildi və Ermənistan bu layihələrdən kənarda qaldı. Ermənistan bu işğalçı siyasəti ilə hələ bir çox layihələrdən də geri qalır və gələcəkdə də Ermənistanın bir çox layihələrdən geri qalma ehtimalı var. Belə ki, bunlardan biri informasiya-komunikasiya sahəsində olan layihədir. Bu gün Azərbaycanda liderlik edən "TASIM" adlanan bir layihə həyata keçirilir. Bu layihə fiboroptik kabelin çəkilişini nəzərdə tutur. Ermənistan Azərbaycanla münasibətlərinə görə bu lyihədən də qıraqda qaldı. Azərbaycan Gürcüstanın müstəqilliyini dəstəkləyir və onun inkişafında böyük rolu var. Azərbaycan Gürcüstanın ən böyük investoru, enerji təminatçısı və ticarət partnyorudur. Buna görə də Gürcüstan inkişaf edir. Gürcüstan bu gün Avropaya inteqrasiya olunur, həm açıq cəmiyyət qurur, həm əhalinin sosial rifahını yaxşılaşdırır, həm də müstəqilliyini möhkəmləndirir. Amma Ermənistan öz siyasi və iqtisadi riçaqlarını Rusiyanın əlinə vermişdir. Gəlin Gürcüstanla Ermənistanı müqayisə edək. Azərbaycanın dəstəklədiyi Gürcüstan Rusiyanın dəstəklədiyi Ermənistandan dəfələrlə seçilir və dəfələrlə inkişaf etmiş ölkədir. Bu baxımdan qeyd edək ki, Azərbaycanla əməkdaşlığın hansı prespektivlərin vəd etməsi göz qabağındadır.
- S.Sarkisyan gözlənilmədən Gömrük İttifaqına üzv olmağa qərar verməsini, AB-nin Dağlıq Qarabağla Ermənistan arasında sərhəd qoymasını tələb etməsi ilə əlaqələndirib. Buna munasibətiniz.
- Bu artıq Ermənistanla Avropa Birliyi arasında hazırlanan Assosiasiya sazişinin mətninə daxil olan, şübhəli məqamlardan irəli gəlir. Biz mətndə qeyd olunan məsələlərlə tanış deyilik. Sadəcə onu qeyd edək ki, AB- indiyə qədər Azərbaycan torpaqlarının işğal altından azad edilməsində heç bir prinsipial mövqe tutmayıblar. Bu absurd hesab edilər ki, AB bilərəkdən Ermənistanı Rusiya caynağına itələsin. Bu ümumiyyətlə ağıla batan bir versiya deyil. Sadəcə Serj Sarkisyan bu şüarları daxili auditoriya üçün edir, çünki hazırda Gömrük İttifaqına daxil olması ilə bağlı daxili auditoriyadan çox böyük təzyiqlər var. S.Sarkisyan isə bu təzyiqlərin qarşısında özünü vətən fədaisi kimi göstərmək üçün bu cür olduqca abstrakt və gülünc fikirləri səsləndirib. Lakin S.Sarkisyan Ermənistan xalqının rifahını düşünsəydi mövcud erməni siyasi kursunu 180 dərəcə əks istiqamətdə çevirməlidir.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB