Belorusiya Respublikasının Minsk şəhər İcra Komitəsinin və Minsk şəhər İdman və Turizm İdarəsinin dəvəti ilə "Şəhər günü" münasibəti ilə MDB dövlətlərinin idman idarələrinin I toplantısı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən (BGİBİ) SİA-ya verilən xəbərə görə, toplantıda iştirak edən idarə rəisi Raqif Abbasov respublikada və paytaxtda idman sahəsi üzrə görülən işlər haqqında danışıb.
O, həmçinin 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay oyunları, 2017-ci il İslam Həmrəylik Oyunları və s mötəbər yarışlar haqqında geniş məlumat verib.
Səfər zamanı Minsk İcra Komitəsinin, Minsk Olimpiya Komitəsinin, Minsk şəhər İdman və Turizm İdarəsinin rəhbərliyi və nümayəndələri ilə müxtəlif görüşlər keçirilib. İşgüzar görüşlər zamanı əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılıb.
Bundan əlavə səfər çərçivəsində Belorusiya Respublikasının paytaxt şəhərində idman qurğularına baxış keçirilib və idman mütəxəsisiləri ilə görüşlər təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB