YAP Şamaxı rayon təşklatının seçki qərargahının təşviqat qrupu qrafik üzrə Mirikən, Muğanlı, Qurdtəpə və Qaravəlli kəndlərində olmuş və dörd kənd üzrə 850 nəfər seçicilə görüşmüşlər. Görüşlərdə Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Dövlət İdarəetmə Akademiyasının prorekroru Əlikram Abdullayev iştirak etmişlər.
Görüşdə qısa müddət arzində rayonda görülmüş işlər, seçki kampaniyasına Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının Seçki Qərərgahının gördüyü işlər barəsində seçicilərə məlumat verilib. Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-cü ildən sonra gördüyü işlər, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafında onun həyata keçirdiyi geniş miqyaslı layihələr və dünyanın aparıcı dövlətləri ilə inkişafına və tərəqqisinə görə Azərbaycan dövlətinin ön sralarda olması seçıcılərin diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB