Ağsu sakinləri DAVAM deyir FOTO

Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilat tərəfindən rayonunun Gəgəli, Ərəbuşağı, Ağalarbəyli, Maşadqanlı, Arat-Curuğlu kəndlərində seçicilərlə seçicilərlə görüşlər keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin son 10 il ərzində gördüyü işlər haqqında məlumat verilib. Tədbirdə Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak və çıxış edib.

YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov qeyd etmişdir ki, bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu sabitlik Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin məqsədyönlü siyasətənin bariz nümunəsidir.

Kənd sakinlərindən və ziyalılar adından Caməmməd Sahabov, Akif Kərimov, Anar İsayev, Taleh Şikarov, Ələm Vəliyev, təqaüdçülər adından Ağamusa Musayev, Şahbala Mirzəliyev, Bəşir Bəyalıyev çıxış edərək 9 oktyabrda məhz Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə