Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində bir sıra ərazilərdə görüşlər keçirilmişdir. Görüşlərdə rayonun Tasmalı, Lələpaşa, Qarabaldır kəndinin sakinləri və şəhərin telekommunikasiya qovşağının kollektivi iştirak etmişlər. Seçicilərlə görüşdə iştirak edən Milli Məclisin deputatı Azər Kərimli, tibb elmləri namizədi Afər Allahverdiyev, YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov çıxış edərək, son illər ölkədə gedən proseslər və bu proseslərin fonunda Cənab İlham Əliyevin geniş fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Görüşdə qeyd olunub ki, son 10 ildə ölkə rəhbəri Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan möhtəşəm inkişaf mərhələsi keçmişdir. Belə ki, 10 ildə iqtisadiyyatımız sürətlə inkişaf etmiş, 1 milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə endirilmişdir. Həmçinin, vurğulanmışdır ki, regionların inkişafı da göz qabağındadır. Görüşdə, eyni zamanda qeyd edilmişdir ki, Cənab İlham Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində Azərbaycan xalqı hər zaman sülh və əminlik içərisindədir və əlbəttə ki, daha sonra da uğurlu siyasət davam etdiriləcəkdir.
Seçicilər ölkədə gedən böyük inkişaf prosesini, aparılan uğurlu siyasəti qiymətləndirdiklərini vurğulayaraq qeyd etdilər ki, bu gün ölkəyə sahib çıxan bir Şəxsiyyət var - dövlət başçısı İlham Əliyev!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB