Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvləri seçicilərlə növbəti görüşlərini keçiriblər. SİA-nın verdiyi məlumata görə, Qaradağ rayonu "Qızıldaş" qəsəbəsində seçicilərlə görüşdə YAP Siaysi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Milli Məclisi üzvü Ağalar Vəliyev iştirak edib. YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qəsəbə sakinlərini salamlayaraq onlarla keçirilən bu cür görüşlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, seçki prosesi və insanların seçki hüququ onların prosesdə iştirak formaları konstituiya ilə təsbit olunmuş müddəalara əsaslanır.
"Ölkəmizdə 1993-cü ildən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik islahatların tərkib hissəində məhz seçki prosesi əsas amil kimi xüsusi önəm kəsb edib. Məhz Ulu Öndər Heydər Əliyev siyasətinin böyük uğur və əzmlə davam etdirən Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirən cənab Prezident İlham Əliyev tərəfindən demokratik təsisatların daha geniş spektrda təzahür tapması mümkün olmuşdur. Bunun məntiqi ifadəsi olaraq ölkəmizdə insan hüquq və azadlıqlarının ən yüksək formada təsbitinə, cəmiyyətimizin demokratik prinsiplərlə daha mütərrəqi ideyalarla inkişafını göstərmək olar. Sözsüz ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə böyük və müqayisəyə gəlməyəcək dərəcədə inkişaf yolu keçib. Bu gün Azərbaycan Cənubi Qafqazın ən aparıcı ölkəsidir. Eyni zamanda dünya miqyasında Azərbaycan ən inkişaf etmiş ölkələrlə bir səviyyədədir. Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu önə çəkilir. BMT kimi dünyanın nüfuzlu təşkilatının Təhlükəsizlik Şurasının üzvlüyünə seçilən Azərbaycan beynəlxalq iqtisai siyasi analitik mərkəzlərin və liderlərin məruzələrində ən yüksək göstəricilərlə qiymətləndirlir. Bütün bunlar isə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yükəsk siyasi bacarığının praqmatik inkişaf xəttinin nəticəsində reallığa çevrilib. Təbii ki, ölkəmizin bu cür uğurları sabitlik xalq dövlət birliyinin təcəsüməsindən yaranır. Baxmayaraq ki, hələ də bədnam işğalçı Ermənistan ölkəmizin torpaqlarının 20 faizini işğalda saxlayır və 1 milyondan artıq qaçqın və məcburi köşkünümüz hələ də öz yürd yuvalarının həsrətini çəkir. Amma insanlarımız öz doğma ocaqlarına məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qayıdacaqlarına inanır və bu tarixi günün çox da uzaqda olmadığına əmindirlər", - deyən YAP Siyasi Şurasının üzvü A.Hüseynov Azərbaycanı yaxın gələcəkdə daha möhtəşəm uğurların gözlədiyini hər bir ölkə vətəndaşı kimi qaradağlıların buna qətiyyətlə inandıqlarını söyləyib.
Vurğulayıb ki, qaradağlılar hər zaman dövlətə və dövlətçiliyə sadiq olub, Ulu Öndər Heydər Əliyev siyasətinə, cənab İlham Əliyevə böyük dəstək olub. Qarşıdan gələn prezident seçkilərində də ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağ rayonunda da böyük seçici fəallığının nümayiş olunacağına əminliyini ifadə edən təşkilat sədri Qızıldaş qəsəbə sakinlərinin və ümumilikdə bu qəsəbənin də həmişə ictimai proseslərə xüsusi həssaslıqla yanaşdığınl söyləyib. A.Hüseynov 9 oktyabrda "Qızıldaş" qəsəbə sakinlərinin seçki məntəqələrinə gələrək cənab İlham Əliyev dəstək olmaqla ölkəmizin yüksək inkişafına səs verəcəklərinə zərrə qədər şübhə etmədiklərini söyləyib.
Milli Məclisin üzvü Ağalar Vəliyev də Qızıldaş qəsəbə sakinlərini salamlayaraq onların hər bir prosesdə xüsusilə də seçki prosesində aktiv olduqlarını minnətdarlıqla qeyd edib. Vurğulayıb ki, ölkəmizin həyatında baş verən bütün müsbət dəyişikliklər Qaradağ rayonunda da özünü göstərməkdədir. "Rayonda son illər aparılan quruculuq abadlıq işləri sözsüz ki qaradağlıların daha yaxşı şəraitdə yaşamasına onların heç bir sosial problemlə üzləşməməsinə xidmət edir. Bütün bunlar ölkəmizin ümumi inkişaf göstəriciləri ilə eynilik təşkil edir. Qaradağ rayonunu öz spesifikası var və burada insanların həyat tərzi daha yüksək və arzuolunan səviyyədə olmalıdır. Bu rayondan millət vəkili seçilmiş bir şəxs kimi əminliklə deyə bilərəm ki, qaradağlılar onlara yaradılan şəraitdən razıdırlar. Cənab Prezident İlham Əliyev həmişə bu rayona böyük diqqət və qayğı ilə yanaşıb. Bunu hər bir qaradağlı öz həyatında açıq şəkildə müşahidə edib. Sözsüz ki, xalq dövlət birliyi ölkədə ümumi inkişafa xüsusi bir mahiyyət, daha yüksək göstəricilər üçün zəmin yaradır. Bilirsiniz ki, gələn ay ölkəmizin həyatında olduqca mühüm əhəmiyyət kəsb edən prezident seçkiləridir. Qaradağlılar bu seçkidə də Ulu Öndər Heydər Əliyevin siyasi kursuna, cənab İlham Əliyevin praqmatik siyasi strategiyasına dəstək olacaqları birmənalıdır" deyən Milli Məclisin üzvü A.Vəliyev 9 oktyabrda xalqımızın böyük dəstəyi ilə cənab İlham Əliyevin parlaq qələbəsinin təmin ediləcəyinə ümumilikdə cəmiyyətimizin əmin olduğunu ifadə edib.
Qaradağ rayon ictimaiyyətinin nümayəndəsi Bəhruz Qəndilov da çıxışında ölkəmizdə aparılan siyasi kursun insanların həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etməsindən, ümumilikdə həyata keçirilən quruculuq abadlıq işlərindən bəhs edib. Vurğulayıb ki,bu gün Azərbaycan öz potensial imkanları ilə inkişafını ən yüksək səviyyədə təmin etməyi bacaran az sayda olan ölkələrdəndir. B.Qəndilov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının bu gün cənab Prezident İlham Əliyev tərəfindən ən yükəsk formada uğurla və əzmlə davam etdirildiyini də qəsəbə sakinlərinin diqqətinə çatdırıb. Bildirib ki, cənab İlham Əliyevə xalq sevgisi tükənməzdir və bu istəyin açıq təcəsümü növbəti dəfə 0ktyabrın 9-da özünü açıq şəkildə göstərəcək. O ümumulikdə Qaradağlıların prezident seçkilərində cənab İlham Əliyevə SƏS verəcəklərinə əmin olduğunu vurğulayıb.
Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakinləri adından çıxış edən Haci Telman Hümbətov oktyabrın 9-de bütün qəsəbə sakinlərinin cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu söyləyib. Bildirib ki, onlar ölkəmizin dünənini bu gününü görmüş adamlardır və seçimlərində də heç vaxt yanlışlığa yol verə bilməzlər.
Qaradağ rayonu Qızıldaş qəsəbə sakini Malik Qasımov da ölkədə cənab İlham Əliyevə alternativ olacaq bir şəxsin olmadığını yalnız Onun Azərbaycanı daha yüksək zirvələrə ucaldacağına əmin olduqlarını söyləyib. Sözsüz ki, 9 oktyabrda da onların yeganə seçimi məhz Cənab İlham Əliyev olacaq deyə qəsəbə sakini əlavə edib.
Qaradağ rayon "Qızıldaş" qəsəbə sakini Təhməz Hüseynəli də İlham Əliyevdən başq Lider tanımadıqlarını, yalnız cənab Prezidentin rəhbərliyi altında həyatlarının yaxşı olduğunu, ölkəmizin gücləndiyini vurğulayıb.
Görüşün yekununda Qəsəbə sakinləri 9 oktyabrda Cənab İlham Əliyevə açıq dəstəklərini nümayiş etdirəcəklərinə əminliklərini bir daha ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB