Lənkəranın Göyşaban kəndində səyyar görüş-qəbul keçirilib FOTO

Lənkəranın Göyşaban kəndində səyyar görüş-qəbul keçirilib FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 18-də Göyşaban kəndində keçirib.

SİA-nın verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Ceyhun İmanov nümayəndəliyin Göyşaban və Ürgə kəndlərini əhatə etdiyini, ərazidə 5455 nəfər əhalinin yaşadığını bildirib.

Sonra kənd sakinləri çıxış edərək ilk növbədə Ürgə kəndinə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə bütün əhali adından minnətdarlıqlarını bildiriblər.

Görüş iştirakçıları oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söyləyiblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bütün bölgələrdə sürətli inkişafın davam etdiyini diqqətə çatdıraraq bildirdi ki, həyata keçirilən bu və digər tədbirlər regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində icra olunur. Bu sürətli inkişafın Lənkəran rayonunda da aydın göründüyünü deyən İcra başçısı respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışıb.

Görüşü yekunlaşdıran Taleh Qaraşov Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirildiyini xüsusi vurğulayıb. Xalqımızın milli maraqlarının daim qorunduğunu diqqətə çatdıran İcra başçısı dövlət başçımızı alternativi olmayan lider kimi səciyyələndirdi, möhtərəm İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğıya görə bütün lənkəranlıları cənab Prezidentin ətrafında sıx birləşməyə çağırıb.

Sonda İcra başçısı bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verib.

Görüşdə Milli Məclisin deputatı Rüfət Quliyev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə