Sentyabrın 18-də Biləsuvar rayonunun Günəşli və İsmətli kəndlərində Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat qurupunun üzüvləri seçicilərlə görüşüb. Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirov iştirak edib.
Görüşdə Günəşli kənd sakinləri, təqaüdçü Səmidağa Əzimov, torpaq mülkiyyətçisi Aslan Aslanov, sahibkar Xudu Məcidov, İsmətli kənd sakinləri, müəllim Rüstəm Əliyev, təqaüdçü Balağa Bəhmənov, İsmətli kənd tam orta məktəbinin direktoru Ağamməd İbayev kənd sakinləri adından qətiyyətlə bildirdilər ki, onlar bir nəfər kimi alternativsiz namizəd olan ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB