Axşama doğru buludluluq artacaq PROQNOZ

Axşama doğru buludluluq artacaq PROQNOZ

"Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru buludluluq artacaq. Şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sentyabrın 19-da paytaxtda və yarımadada havanın temperaturu gecə 18-21, gündüz 24-29 dərəcə isti olacaq.

Məlumata əsasən, ölkənin rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə