Müharibə əlillərinə və şəhid ailələrinə ŞAD XƏBƏR

Müharibə əlillərinə və şəhid ailələrinə ŞAD XƏBƏR

"Cari ilin sonuna qədər respublikanın müxtəlif şəhər və rayonlarında Qarabağ müharibəsi əllilərinə və şəhid ailələrinə 400-dən artıq mənzil veriləcək". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov məlumat verib.

Onun sözlərinə görə, ilk dəfə olaraq cari ilin sonuna qədər 6 mərtəbəli 54 mənzilli binalar tikilib istifadəyə veriləcək. Gələn il isə 12 mərtəbəli 96 və 81 mənzilli binaların inşasına başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə