1400 müharibə əlili avtomobillə təmin olunacaq

1400 müharibə əlili avtomobillə təmin olunacaq

"2013-cü ilin sonuna qədər respublikada 280 ədəd avtomobil müharibə əlillərinə veriləcək". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov belə deyib. O bildirib ki, yaxın günlərdə müharibə əliilərinə veriləcək avtomobillərin sayı 250-yə çatacaq: "Məqsədimiz 2013-cü ildə növbədə olan bütün Böyük Vətən müharibəsi əllilərinin avtomobillə təmin olunmasıdır. Yaxın bir neçə ildə ümumilikdə növbədə olan 1400 müharibə əlili də avtomobillərlə təmin olunacaq və bu növbələrə yekun vurulacaq".

Aparat rəhbəri qeyd edib ki, 1997-ci ildən bu günə qədər respublikada, ümumilikdə 4000-ə yaxın müharibə əlili avtomobillə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə