“ASAN” Xidmət Mərkəzləri vasitəsilə 475 min nəfərə xidmət göstərilib
"Bu günə kimi Azərbaycanda "ASAN" Xidmət Mərkəzləri vasitəsilə 475 min nəfərə xidmət göstərilib". SİA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, bu vaxta kimi Bakının 3 rayonunda 1, 2, 3 saylı "ASAN" xidmət mərkəzləri və Sumqayıtda "ASAN" Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
İnam Kərimovun sözlərinə görə, artıq Bakının 9 rayonunun əhalisi "ASAN" Xidmət Mərkəzlərinin xidmətlərindən istifadə edir: "Yaxın zamanlarda Bakının Sabunçu, Xəzər və Pirallahı rayonunun sakinləri də ASAN Xidmət Mərkəzinin xidmətlərindən istifadə edəcək. Tezliklə Gəncə və ətraf bölgələrin əhalisi də sevindiriləcək. Belə ki, Gəncədə sayca 5-ci olacaq "ASAN" Xidmət Mərkəzi fəaliyyətə başlayacaq".
Mərkəzin sədri həmçinin bildirib ki, vaxt baxımından "ASAN" Xidmət Mərkəzlərinin açılması mümkün olmayan regionlarda səyyar avtobuslar fəaliyyətə başlayıb. Onun sözlərinə görə, artıq 40 min nəfərə səyyar avtobuslar vasitəsilə xidmət göstərilib.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB