Ankarada “Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev dövründə Azərbaycan” kitabının təqdimatı keçiriləcək
19 sentyabr 2013-cü il tarixində Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Baş nazirlik yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev dövründə Azərbaycan" kitabının təqdimatını keçirmək üçün Ankaraya səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev və Media xidmətinin rəhbəri Mehriban Həsənova daxildir.
Tədbirdə Azərbaycan Respublikası Administrasiya rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, Azərbaycan Respublikasının Ankaradakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırovun, Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədovun, Ankara Universitetinin professoru, kitabın müəllifi Prof. Dr. Çağrı Erhanın, Türkiyə Respublikası Başnazirlik yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin Rəhbəri Prof. Dr. Derya Örs, Türkiyə Respublikasının hökumət nümayəndələrinin və millət vəkillərinin çıxışları nəzərdə tutulub.
Təqdimatın sonunda beynəlxalq münasibətlər və strateji araşdırmalar sahəsindəki uğurları və SAM-ın fəaliyyətlərinə vermiş olduğu dəstəyə görə, bir sıra qonaq və araşdırma mərkəzi Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin "STRATEJİ VİZYON" mükafatı ilə təltif olunacaq.
Qeyd edək ki, kitab SAM-ın dəstəyi ilə yazılıb və nəşr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB